
Ukrayna Prezidenti Volodimir Zelenski cari ilin 25 aprel tarixində Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ukrayna Prezidenti cənab Volodimir Zelenski Qəbələ şəhərində keçirilən tədbirdə mətbuat nümayəndələri üçün bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev nitqində Azərbaycan və Ukrayna prezidentlərinin mütəmadi görüşdüklərini, son illərdə əlaqələrin daha da möhkəmləndiyini və qarşılıqlı səfərlərlə əməkdaşlığın yeni mərhələyə yüksəldiyini vurğulamış həmçinin, bu təmasların ölkələr arasında qarşılıqlı etimadın güclənməsinə gətirib çıxardığını bildirmişdir.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Mahmudova deyib. O bildirib ki, görüş zamanı aparılan müzakirələr zamanı siyasi münasibətlərlə yanaşı, enerji sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində olub:
"Qeyd edilib ki, SOCAR uzun müddətdir Ukraynada səmərəli fəaliyyət göstərir və bu istiqamətdə həm mövcud uğurlar, həm də yeni layihələr üçün geniş imkanlar mövcuddur. Tərəflər birgə təşəbbüslər və investisiya imkanları ilə bağlı məsələləri də ətraflı nəzərdən keçiriblər. Bununla yanaşı, ticarət əlaqələrinin genişləndirilməsi əsas prioritetlərdən biri kimi vurğulanıb və dövriyyənin artıq yarım milyard dolları keçdiyi, gələcəkdə isə daha da artacağına ciddi potensial olduğu bildirilib".
Anar












































