
"Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçməsi üçün vacib xarakter daşıyır. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan münasibətlərin mahiyyəti həmişə dostluq və əməkdaşlıq xüsusiyyəti daşıyıb. Hər iki ölkə daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Bu istiqamətdə addımlar atılıb, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış ediblər".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, hərbi sahədə əməkdaşlığın bu səfərdə planlaşdırılması mövcud olan hərbi tendensiyaya uyğun nəzərdə tutulur:
"Məsələ ondadır ki, müasir dövrdə dron və qanadlı raketlərin hərb meydanlarında geniş tətbiqi, hansı ki, bunun əsasını Azərbaycan ilk dəfə real döyüş meydanında 44 günlük müharibə dövründə qoyub, buna qarşı silah sistemlərinin istehsalını labüd edir. Ukrayna da bu sistemlərin istehsalınıvə tətbiqini professional səviyyədə tətbiq edir. Görünən odur ki, Azərbaycan Ukrayna ilə bu sahədə əməkdaşlığı təşkil etmək istəyir. Hesab edirəm ki,
bu, lazımlı bir məsələdir və Azərbaycan üçün də mühüm xarakter daşıyır. Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda bu əməkdaşlıq heç kimə qarşı yönəlməyib".
Süleyman











































