Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-İtaliya hərbi əməkdaşlığının perspektivləri

Azərbaycan-İtaliya hərbi əməkdaşlığının perspektivləri


Müdafiə Naziri General-polkovnik Zakir Həsənov İtaliyaya işgüzar səfər edib. İtaliyan həmkarı Quido Krosetto ilə geniş tərkibdə görüş keçirən Zakir Həsənov ölkələrimiz arasında hərbi-təhsil, hərbi - texniki sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edib. Azərbaycan və İtaliya arasında sağlam təməllər üzərində qurulmuş hərbi əlaqələr mövcuddur. İtaliya hərbi saneyisinin məhsulları artıq ordumuzun silahlanmasında öz yerini alıb. Təbii ki, burada nəzərə çarpan əməkdaşlıq məhz hava qüvvələri istiqamətində reallaşdırılır. İtaliyanın hərbi sənaye nəhəngi Leanrdo J 27 Spartan hərbi-nəqliyyat təyyarələri fonunda Azərbaycan bazarında təmsil olunur. Bu Silahlı Qüvvələrimizin qərb standartlarına keçidi baxımından strateji əhəmiyyət kəsb edir. İtaliya dünyanın ən qədim və köklü hərbi ənənələri olan dövlətlərindən biridir. Onlarla məhz strateji sahələr çərçivəsində tərəfdaşlıq modeli formalaşdırmaq bütün hallarda müsbət perspektivlər vəd edir. Səfəri diqqət mərkəzində saxlayan digər bir məqam isə onun zamanlamasıdır. Bilindiyi kimi, yaxın günlərdə İtaliyanın baş naziri xanım Giorgia Meloninin ölkəmizə səfəri gözlənilir. Səfərdən əvvəl iki ölkənin hərbi rəsmilərinin təması Bakı və Romanın iqtisadi sahələrlə paralel təhlükəsizlik məsələrini də ön planda saxladığının təsdiqidir. Böyük ehtimalla liderlər arasında görüş zamanı bu istiqamətdə ciddi razılaşmalar əldə olunacaq. Ümumiyyətlə, istər Şimal, istərsə də Cənub istiqamətində beynəlxalq nəqliyyat-logistika maşurtlarında yaranan problemlər Avropa ölkələrini daha təhlükəsiz maşurtlara yönəlməyə vadar edir və burada heç şübhəsiz ki, əsas aktorlardan biri məhz Azərbaycandır. Cənab Prezident İlham Əliyev diplomatiyası isə yüksək peşəkarlıqla riskləri fürsətə çevirməyi bacarır və arda - arda ölkəmizə reallaşan səfərlər bunu təsdiq edir. Rusiya və Birləşmiş Ştatlar məngənəsində sıxılan Avropa üçün Transxəzər regionunun əhəmiyyəti hər keçən gün özünü daha qabarıq şəkildə nümayiş etdirir. Azərbaycanın bu illər ərzində şaxələndirilmiş enerji infrastrukturu formalaşdırması birmənalı olaraq uzaqgörən siyasətin yaratdığı perspektivlərdir.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş