Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt Qəbələyə köçürülə bilər?

Paytaxt Qəbələyə köçürülə bilər?


Paytaxtın Bakıdan respublikanın əyalətlərindən birinə köçürülməsi ilə bağlı zaman-zaman müxtəlif təşəbbüslər, fikirlər səsləndirilir. Bakının həddən artıq yüklənməsi, artan əhali sayı bunun qaçılmaz olduğu qənaəti formalaşdırır. Bu ərəfədə Azərbaycan Respublikasının Prezuidenti İlham Əliyevin rəsmi qəbullarını məhz Qəbələdə həyata keçirməsi belə bir ehtimal yaradıb ki, paytaxt Qəbələyə köçürülə bilər.

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən siyasi şərhçi Əli Orucov deyib ki, paytaxtın köçürülməsi ilə bağlı təkliflər və fikirlər zaman-zaman dövriyyəyə buraxılsa da bunun baş verəcəyini indiki şərtlər daxilində mümkün hesab etmir:

"Paytaxtın köçürülməsi böyük vəsait və zaman tələb edir. Bu, təhlükəsizlik məsələləri, idarəçilik üçün lazımi infrastrukturun inşaası, texnoloji və digər məsələlərin həlli heç da asan deyil".

Əli Orucov qeyd edib ki, Qəbələ füsunkar təbiəti ilə Azərbaycanın dilbər guşələrindən biridir, ancaq ölkə paytaxtı yükünü daşımağa hazır deyil:

"Prezidet İlham Əliyevin müdrikliyi həm də ondadır ki, Azərbaycanın hər yerini, qarış-qarış dünyaya tanıdır. Ard-arda Qəbələdə prezidentlər və yüksək ranqlı şəxslərlə Qəbələdə keçirilən görüşlər Azərbaycanın təhlükəsiz və güvənli məkan olduğunun göstəricisidir. Təkcə Qəbələ deyil, Xankəndi, Şuşa da ən mötəbər və möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edib, tanınmış liderlər və dövlət başçılarını qarşılayıb. Bu kimi tədbirlər cənab prezidentin məqsədyönlü siyasətinin tərkib hissəsidir və bütünlükdə Azərbaycanın qlobal nüfuzunun və imicinin daha da möhkəmlənməsinə, hörmət və etimadının artmasına xidmət edir".

Süleyman
Xəbəri paylaş