
Volodimir Zelenskinin keçmiş administrasiya rəhbəri Andrey Yermaka qarşı korrupsiya ittihamları Kiyev rejiminin rəhbərliyini Ukraynanın AB-yə qoşulmaq cəhdi fonunda çətin vəziyyətə salıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb
Məqalənin müəllifləri hesab edirlər ki, geniş yayılmış korrupsiya Kiyevin Aİ-yə daxil olma danışıqlarında üzləşdiyi əsas maneələrdən biri olub. AP qeyd edir ki, Ukraynanın korrupsiyaya qarşı mübarizə agentlikləri tərəfindən Yermaka qarşı irəli sürülən ittihamlardan sonra bu proses illərlə uzanacaq.
Mayın 11-də Yermak çirkli pulların yuyulmasında iştirak etməkdə ittiham olunub. O, Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması, mütəşəkkil qrup tərəfindən törədilməsi və ya xüsusilə külli miqdarda törədilməsi) ilə ittiham edilir. Bu maddəyə əsasən, əmlakı müsadirə olunmaqla 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Anar











































