
Hörmüz boğazının idarə olunması regional ölkələr tərəfindən müəyyən ediləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei deyib.
O bildirib ki, sözügedən məsələ ABŞ ilə mümkün razılaşma kontekstində müzakirə olunmur.
İranın dövlət televiziyası onun sözlərini sitat gətirib:
"Razılaşmaya əsasən, biz Hörmüz boğazının təfərrüatlarını müzakirə etmirik. Boğazın idarə olunması sahil ölkələrinin məsuliyyətindədir".
Qeyd edək ki, Birləşmiş Ştatlarla İran arasında Pakistanda baş tutan sonuncu danılşıqlarda əsas mübahisəyə səbəb olan məsələlərdən biri də Hörmüz boğazının idarəçiliyi ilə bağlı idi.
Arzu












































