Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rubio Ermənistana niyə gəlir?

Rubio Ermənistana niyə gəlir?


"ABŞ dövlət katibi Marko Rubionun Ermənistana gözlənilən səfərini diplomatik hadisədən çox, seçkiöncəsi siyasi addım olaraq qiymətləndirmək olar".

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Ermənistanda parlament seçkilərinə sayılı günlər qalır və Qərbyönümlü Paşinyan ciddi daxili və xarici təzyiqlərlə üz-üzədir:

"ABŞ rəsmisinin səfərini bu səbəbdən baş nazir Paşinyana dəstək olaraq dəyərləndirmək olar. Səfər müəyyən mənada Paşinyanın Qərbyönümlü kursuna siyasi legitimlik verilməsində böyük rol oynayır və ABŞ administrasiyasının son vaxtlar Paşinyan hökuməti ilə intensiv işləməsi bu fikiri gücləndirir. Vaşinqton Paşinyana sülh müqaviləsi və Qərbə inteqrasiya xəttinin əsas tərəfdaşı olaraq dəstək verir və ABŞ rəsmilərinin ardıcıl Ermənistana səfərləri Paşinyanın "Qərb Ermənistanı tək qoymayacaq" mesajını seçicilərə bir daha əyani olaraq sübut edir".

Ekspert hesab edir ki, Rubionun səfəri Paşinyan üçün daxili siyasətdə müsbət görüntü yaradacaq və səfər Rusiyayönlü revanşist qüvvələrin seçkiöncəsi bədbinliyinin daha da dərinləşməsinə səbəb ola bilər.

Süleyman
Xəbəri paylaş