
Rusiyada kiçik mühəriikli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Krasnoyarsk diyarında baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin açıqlamasına görə, Aeroprakt-22 təyyarəsi Krasnoyarsk diyarının Boquçanski bələdiyyə rayonuna sərt eniş edib. Təyyarənin göyərtəsində iki nəfər olub.
Krasnoyarsk Meşə Yanğınları Mərkəzi qəzaya uğrayan təyyarədə Mərkəzin işçilərinin olduğunu bildirib. Qəza zamanı iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Anar












































