Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rubio İranın nüvə xəbərdarlığı ilə bağlı məlumatları təkzib etdi

Rubio İranın nüvə xəbərdarlığı ilə bağlı məlumatları təkzib etdi


ABŞ dövlət katibi Marko Rubio ölkə mətbuatında və ekspert dairələrində İranın guya Pakistan vasitəsilə gizli şəkildə xəbərdarlıq etməsi və Vaşinqtonun Tehranla hərbi münaqişəni qızışdıracağı təqdirdə qabaqlayıcı nüvə partlayışı həyata keçirməyə hazır olması barədə yayılan məlumatları təkzib edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rubio, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləməsində deyib.

"Mən belə bir xəbər görməmişəm və belə bir siqnaldan xəbərim yoxdur", - deyə Amerika diplomatiyasının rəhbəri Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləməsində iddiaları şərh edərkən bildirib.

ABŞ dövlət katibi deyib ki, Tehran tərəfindən Vaşinqtona belə bir siqnal göndərilsəydi, təəccüblənərdi.

Arzu
Xəbəri paylaş