Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxmasına aydınlıq gətirib

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxmasına aydınlıq gətirib


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi, ölkənin bəzi siyasi xadimlərinin açıqlamalarına baxmayaraq, Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab etməyə davam edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasından sonra təşkilatın baş katibi Taalətbek Masadıkov deyib.

O bildirib ki, bu məsələ təşkilatın Müdafiə Nazirləri Şurasının son iclasında müzakirə olunmayıb:

"Hesab edirəm ki, bu, siyasi məsələdir və bu günə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir. Ermənistan Respublikası tərəfindən başqa heç bir bəyanat və ya qərar qəbul edilməyib. Ermənistanda və digər ölkələrdə siyasi xadimlərin seçkilərdən əvvəl və ya sonra səsləndirdiyi ritorika fərqlidir".

Arzu
Xəbəri paylaş