Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTürk Holding-in nümayəndə heyəti Milli Aviasiya Akademiyasında görüş keçirib

AzTürk Holding-in nümayəndə heyəti Milli Aviasiya Akademiyasında görüş keçirib


Azturk Holding-in nümayəndə heyəti Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan MAA sındə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüş zamanı tərəflər elm, texnologiya, innovasiya, süni intellekt, rəqəmsal transformasiya və yüksək texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə ediblər.
Azturk Holding-in Prezidenti G.Bağırov çıxışında bildirib ki, müasir dünyanın inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən biri süni intellekt və yarımkeçirici (çip) texnologiyalarıdır. Onun sözlərinə görə, gələcəkdə iqtisadi, hərbi, sənaye və texnoloji üstünlük əldə etmək istəyən dövlətlər məhz bu sahələrə xüsusi diqqət ayırmalıdırlar.

Güləli Bağırov vurğulayıb ki, Azturk Holding Azərbaycanda çip texnologiyalarının inkişafı və istehsalı istiqamətində mühüm layihələr həyata keçirməyi planlaşdırır. Bu məqsədlə elmi-tədqiqat, mühəndislik və yüksək ixtisaslı kadr hazırlığı sahəsində Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

O, həmçinin qeyd edib ki, süni intellekt artıq sadəcə texnologiya deyil, dövlətlərin gələcəyini müəyyən edən strateji resursa çevrilib:

“Süni intellektə və yüksək texnologiyalara qoyulan hər bir investisiya gələcəyin iqtisadiyyatına, təhlükəsizliyinə və milli inkişafına qoyulan investisiyadır. Azərbaycan bu sahədə regional deyil, qlobal oyunçu olmağı hədəfləməlidir.”
Milli Aviasiya Akademiyasının rəhbərliyi isə öz növbəsində bildirib ki, belə təşəbbüslərin uğurla həyata keçirilməsi Azərbaycanın yüksək texnologiyalar sahəsində dünyanın qabaqcıl ölkələri sırasında yer almasına mühüm töhfə verə bilər".

Görüşün yekununda tərəflər gələcəkdə daha geniş formatda görüşlərin keçirilməsi, birgə layihələrin hazırlanması, elmi-tədqiqat proqramlarının təşkili və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər qarşılıqlı əməkdaşlığın Azərbaycanın innovasiya və texnologiya ekosisteminin inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildirərək, yeni əməkdaşlıq mərhələsinə hazır olduqlarını ifadə ediblər.

Süleyman
Xəbəri paylaş