Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə nazirinin müavini videoqəbul keçirib

Ədliyyə nazirinin müavini videoqəbul keçirib


Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Newscenter.az[/b] nazirliyə istinadən bildirir ki, iyunun 9-da Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Şəmkir, Şəki, Bərdə, Sumqayıt, Gəncə, Xaçmaz, Şirvan və Lənkəran regional ədliyyə idarələri ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.

Videoqəbulda penitensiar sahə ilə bağlı qəbulda iştirak etmək üçün müraciət edən 13 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

[b]Süleyman
Xəbəri paylaş