Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan çalışacaq ki, yeni konustitusiya qəbul edilsin

Paşinyan çalışacaq ki, yeni konustitusiya qəbul edilsin


"Ermənistanda seçkilərdə N. Paşinyanın parlamentdə konustitusion çoxluğa nail ola bilməməsi yeni konustitusiya qəbul etmək üçün referendumun qəbul edilməsini çətinləşdirir. N. Paşinyanın partiyası 65 deputat yerə malikdir. Referendumun qəbulu üçün 71 səs lazımdır".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya və müxalifət sülh müqaviləsinə maneə yaratmaq üçün əllərindən gələni etdilər:

"Ümumiyyətlə, N. Paşinyan tam yeni konustitusiya hazırlayıb. Yeni konustitusiya Müstəqillik Bəyannaməsinə istina etməyəcək. Baş nazir daima qüvvədə olan konustitusiyanı Ermənistan dövlətinin inkişafının qarşısında əngəl kimi qeyd edib. Həmçinin "Müstəqillik Bəyannaməsini" Ermənistan üçün faciəvi sənəd kimi xarakterizə edib.

Məhz Ermənistanın yeni mərhələdə inkişafı üçün yeni konustitusiyanın lazım olduğunu vurğulayır. Hazırkı Ermənistan konustitusiyası keçmiş Qarabağ münaqişəsi fonunda yazılıb və revanşistlərin istəklərini, Ermənistanın digər ölkədən asılılığına səbəb olub".

Onun sözlərinə görə, N. Paşinyan çalışacaq ki, yeni konustitusiya qəbul edilsin:

"Ümumiyyətlə, hazırkı Ermənistan konustitusiyasının mətnində dəyişikliklər nəzərdə tutulmur. Ümumiyyətlə, tam yeni konustitusiya yazılıb və onun qəbulu nəzərdə tutulur. Bu, tam Azərbaycanla bağlı məsələ deyil. Azərbaycanla Yekun sülh müqaviləsinə gəldikdə isə, bu müqavilə bağlanacaq. Sülh müqaviləsi olmadan da Ermənistanla diplomatik əlaqələr mümkün ola bilər".

Süleyman
Xəbəri paylaş