Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Rusiya işğalının ən ağıllı məsləhətinə əməl etdi

Ukrayna Rusiya işğalının ən ağıllı məsləhətinə əməl etdi


Ukrayna Rusiya işğalının ən ağıllı məsləhətinə görünən odur ki, əməl etdi. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya verdi məsləhət oldu: "İşğalla barışmayın!". Bəziləri məsləhət verirdi ki, Rusiya ilə atəşkəs imzalayın, yenidən silahlanın, bir iyirmi il gözləyin, sonra bəlkə torpaqlarınızı azad edərsiniz. Rusiya da oturub bunu gözləyəcəkmiş kimi. Ukrayna kanallarını yağır edib, ancaq Ukrayna xalqına məğlubiyyət aşılayan bəzi özünü çoxbilmiş göstərənlərin məsləhətlərinə yaxşı ki, qulaq asmadılar. İndi Rusiya Ukrayna dronlarının əlində oyuncağa dönüb.
Vaxtilə mətbuata Rusuyada prezident seçkiləri ərəfəsində demişdim ki, Putin hakimiyyətdə hələ qalmalıdır ki, Rusiyanın axırına tamamilə çıxsın. Görünən odur ki, belə də olacaq, çünki Putin hələ də məğlub olduğunu qəbul etmir. Amma düz edir. Bu, hələlik tam məğlubiyyət deyil. Paşinyan kimi "tərs olmaq" lazımdır ki, yarı yolda dayanılmasın. Krım işğaldan azad olunandan sonra hər şey aydın olacaq.

Bir daha Azərbaycan Prezidentinə təşəkkür etmək istəyirəm. Ona görə ki, Azərbaycan ordusu 44 günlük müharibə dövründə emosiyalara uyub Ermənistan ərazisinə girmədi. Azərbaycan dövlətini işğalçı durumuna salmadı. Trampın belə təəccüb etdiyi, heyrətə saldığı, "mən sizin yerinizə olsam edərdim" deməsinə səbəb olan Ermənistan ərazisinin toxunulmazlığı indi Azərbaycanın əlini gücləndirən, beynəlxalq arenada hörmətini artıran fakt oldu. Hesab edirəm ki, bu fakt indi Azərbaycanın Ukraynanın yanında olmasını şərtləndirdi.

Azər Qasımov, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Xəbəri paylaş