
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan sürücü saxlanılıb.
Newscenter.az-ın DİN-ə istinadən verdiyi məlumata görə, müəyyən olunub ki, “Khazar” markalı avtomobilin sürücüsü Eltun Həşimov nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edib.
Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb, özü isə 25 sutka inzibati qaydada həbs edilib.
Şeyda












































