
"Birləşmiş Ştatlar və İran arasında münaqişəni sonlandırmaq istiqamətində çox ciddi addımlar atılır. Hər iki tərəf qarşılıqlı maraqların təmini fonunda razılaşmaya çox yaxındı. Təbii ki, hazırda diqqətlərin fokuslandığı əsas mövzu prosesin hansı istiqamət üzrə inkişaf edəcəyi ilə bağlıdır".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, indiki halda şərait kifayət qədər kövrək və hər an dəyişməyə əlverişli vəziyyətdədir:
"Çünki ABŞ və İran arasında yaxınlaşmaya İsrail isti yanaşmır və müstəqil aktor kimi prosesin bir ayağı hesab edilən Livana zərbələr endirir. Əlbəttə İsrailin mövqeyi müəyyən risklər yaradır. Ancaq hesab edirəm ki, istər Vaşinqton, istərsə Tehran üçün razılaşma mütləq lazımdır".
Pərviz Mirizadə qeyd edib ki, Birləşmiş Ştatlar bununla müəyyən mənada körfəzə nəzarət mexanizmi formalaşdırır, İran da daha güclü şəkildə bir növ iqtisadi fürsətlər əldə edir:
"Yəni, hər iki tərəf üçün karlı bir razılaşma gözlənilir. Düşünürəm ki, tərəflər mövcud müsbət dinamikanı irəli aparmaqda istəkli olacaqlar. Ancaq regional dinamika fonunda risklər kifayət qədər yüksəkdir".
Süleyman












































