
"Ermənistanda seçki marafonu başa çatsa da gərginlik hələ davam edir. Robert Köçəryanın həbsi Paşinyanın Moskvaya meydan oxuması deməkdir".
Bunu Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Köçəryanın həbs əslində haqlı səbəblər üzündən baş verib:
"Onun keçmişdə hakimiyyətdə olduğu müddətdəki korrupsiya əməlləri buna səbəb olub. Amma Köçəryanın əsas cinayəti Azərbaycan əleyhinə törətdiyi cinayətlərdir. Bura Azərbaycan torpaqlarının işğalını təşkil etməkdən tutmuş, Azərbaycan əhalisinin məqsədli şəkildə məhv edilməsi, torpaqlarından qovulması, əsir götürülməsi, əsirlikdə öldürülməsi, Azərbaycan ərazilərini talan etməsi və s. kimi insanlıq əleyhinə cinayətlər daxildir. Azərbaycan buna görə Köçəryana qarşı cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri açıb və Köçəryanın həbsini, Azərbaycana təhvil verilməsini istəyir".
Süleyman











































