Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Qlobal Həmrəylik Şurası arasında memorandum imzalanıb

Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Qlobal Həmrəylik Şurası arasında memorandum imzalanıb


Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Qlobal Həmrəylik Şurası arasında memorandum imzalanıb.

Newscenter.az Qlobal Həmrəylik Şurasına istinadən bildirir ki, memorandum iki qurum arasında formalaşmış institusional əməkdaşlıq münasibətləri çərçivəsində nəqliyyat vasitələrinin məqsədli istifadəsinə dair əlavə sənədin təqdim olunmasını əhatə edir.

İmzalanmış sənəd barədə fikirlərini bildirən Qlobal Həmrəylik Şurasının Qafqaz regionu üzrə rəhbəri David Seliverstov deyib ki, memorandumun 17 iyun Tibb İşçilərinin Peşə Bayramı günündə imzalanması mühüm rəmzi və praktiki əhəmiyyət daşıyır:

"Bu təşəbbüs təkcə əməkdaşlığın hüquqi və təşkilati əsaslarının möhkəmləndirilməsi deyil, həm də insan sağlamlığına, tibbi xidmətlərin inkişafına və ictimai həmrəyliyə verilən yüksək dəyərin təzahürüdür".

Süleyman
Xəbəri paylaş