Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hörmüz boğazında gəmiçiliyin bərpası bir neçə ay çəkəcək

Hörmüz boğazında gəmiçiliyin bərpası bir neçə ay çəkəcək


Hörmüz boğazında minaların təmizlənməsi zərurəti var. İran və ABŞ arasında atəşkəs qüvvədə olsa belə, bu həyati əhəmiyyətli dəniz yolu ilə daşımaların müharibədən əvvəlki səviyyəyə qayıtması aylarla çəkəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Yaponiyanın NYK Line gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa Britaniyanın Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.

Soqa qeyd edib ki, gəmiçilik üçün mövcud marşrutlar son dərəcə məhduddur:

"Onlar çox dar dəhlizlərdir. Hörmüz boğazının bağlanmasından əvvəlki vəziyyətə qayıtmaqdan hələ çox uzağıq".

Qəzet gəmilərin yalnız iki marşrutla hərəkət edə biləcəyini yazıb. İranın Larak adası yaxınlığında və Oman sahilləri boyunca.

Məqalədə Hörmüz boğazında 80-ə qədər minanın qala biləcəyi bildirilir.

Şeyda
Xəbəri paylaş