Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, yaralılar var

Türkiyədə avtobus qəzası, yaralılar var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Şanlıurfada qeydə alınıb. Məlumata görə, Şanlıurfanın Siverek rayonunda mikroavtobus və su daşıyan yük maşını toqquşub.

Toqquşma Siverek-Şanlıurfa avtomobil yolunun 15-ci kilometrliyində olub. Hələlik bəlli olmayan səbəblərə görə, idarəetmədən çıxan mikroavtobus yerli Meşə İdarəsinə məxsus su maşını ilə toqquşub. Qəza zamanı 8 nəfər xəsarət alıb.

Məlumatdan sonra hadisə yerinə səhiyyə, jandarma və polis qrupları göndərilib.

Təcili yardımla Siverek Dövlət Xəstəxanasına aparılan yaralıların vəziyyətinin sabit olduğu və həyati təhlükəsi olmadığı bildirilir.

Arzu
Xəbəri paylaş