Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin qondarma erməni soyqırımını tanımaq barədə qərarı heç nəyi dəyişməyəcək

İsrailin qondarma erməni soyqırımını tanımaq barədə qərarı heç nəyi dəyişməyəcək


"İsrailin qondarma erməni soyqırımının tanınması ilə bağlı qərarı yalnışdır və Təl-Əviv belə bir addım atmamalı idi".

Bunu Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, İsrailin qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı qəbul etdiyi qərar Ankara ilə Təl-Əviv arasında mövcud olan gərginliyi daha da artıracaq:

"Ermənistan dövləti, bu ölkənin baş naziri Nikol Paşinyan belə qondarma erməni soyqırımının bundan sonra gündəmə gətirilməsini lazım bilmədiyi, belə bir cəhddə bulunan ölkələrə Türkiyə ilə Ermənistanın daxili işlərinə qarışmamağı tövsiyə etdiyi halda, İsrailin belə bir addım atması başadüşülən deyil".

Arzuman Muradlı bildirib ki, İsrailin məlum qərarı qəbul etməsi Azərbaycan üçün də arzuedilən deyil və belə bir qərarın qəbul edilməsi Bakıda da narazılıq yaradıb:

"İstər Türkiyə, istərsə də İsrail Azərbaycan üçün önəmli ölkələrdən biridir. Türkiyə bizim qardaşımız, İsrail isə strateji tərəfdaşımızdır. Bizim üçün mühüm əhəmiyyət kəsb edən bu iki ölkə arasında münasibətlərin gərginləşməsi təbii ki, yaxşı hal deyil".

Arzuman Muradlı onu da qeyd edib ki, İsrail dövləti tərəfindən qəbul edilən məlum qərar o qədər də ciddi mahiyyət kəsb etmədiyi üçün Azərbaycanda da müəyyən məsələlərə həssaslıqla yanaşılmalıdır:

"İndiyə qədər bir neçə ölkədə qondarma soyqırımla bağlı qərarlar qəbul edilib. Lakin onların heç biri mahiyyət etibarilə nəyisə dəyişməyib. Bu baxımdan İsrail dövlətinin qondarma erməni soyqırımını tanımaq barədə qərarı da heç nəyi dəyişməyəcək".

Süleyman
Xəbəri paylaş