
Rəqəmsal İnkişaf Şurasının ötən gün keçirilən toplantısında elm və təhsil naziri Emin Əmrullayev növbəti mərhələdə tədris prosesinin rəqəmsallaşdırılmasına başlanacağını bildirdi.
Əksər media qurumları bunu "təhsilin rəqəmsallaşdırılmasına başlanılır" kimi təqdim edib.
Əslində isə təhsilin rəqəmsallaşdırılması prosesi Azərbaycanda 20 ildən çoxdur ki davam edir.
Elektron qəbul sistemləri, elektron jurnallar və gündəliklər, rəqəmsal sənədlər, vahid təhsil məlumat bazaları, "Rəqəmsal məktəb", "Rəqəmsal bacarıqlar" və digər layihələr bunun nümunəsidir.
Tədris prosesinin rəqəmsallaşdırılması isə artıq birbaşa dərs prosesinin, öyrənmə və öyrətmə prosesinin rəqəmsallaşmasını nəzərdə tutur.
Yəni bu mərhələ öyrənmə metodları, məzmun, qiymətləndirmə, fərdi yanaşma və süni intellektin təlim prosesinə inteqrasiyası kimi yeni mərhələni ifadə edir.
Bu fərqi düzgün təqdim etmək vacibdir.
Osman Gündüz











































