Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Rusiya ilə müharibə vəziyyətindədir

Qərb Rusiya ilə müharibə vəziyyətindədir


Slovakiyanın Baş naziri Robert Fiko hesab edir ki, Qərb hazırda Rusiya ilə virtual müharibə vəziyyətindədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, onun açıqlamaları sədri olduğu İstiqamət - Sosial Demokratiya Partiyasının Facebook səhifəsində dərc olunub.

Baş nazir bildirib ki, Ukraynada fəaliyyət göstərən və hazırda bu münaqişədə istifadə edilən əhəmiyyətli silah sistemlərinə xidmət göstərən çox sayda peşəkar muzdlu əsgəri nəzərə alsaq, bu gün Qərb dünyası praktik olaraq Rusiya ilə müharibə vəziyyətindədir:

" Bu gün Ukraynada yaranan bu vəziyyətin daha böyük bir münaqişəyə çevrilməməsi üçün əlimizdən gələni edək".

Fiko sülhə çağırış edərək bildirib ki, buna yalnız dialoq və danışıqlar masasında nail olmaq mümkündür:

"Mən Avropa İttifaqı daxilində dialoqu dəstəkləyən çox kiçik bir baş nazir qrupuna mənsubam, halbuki Aİ üzv dövlətlərinin əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir".

Arzu
Xəbəri paylaş