
"Avropa Komissiyasının prezidenti Ursula von der Leyen növbəti dəfə Bakıya gəlib. Bu səfər dünyada enerji krizlərinin baş verdiyi bir dövrə təsadüf edir".
Newscenter.az xəbər verir ki, bunları ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki Aİ-nın Rusiya ilə əlaqələrinin pozulduğu, Hörmüz boğazı ətragəndakı körfəz ölkələrinin İran-ABŞ qarşıdurması fonunda enerji daşıyıcılarının alınmasında yaranan problemlər, eyni zamanda, Orta dəhlizin roluna yaranan təlabat Aİ-nı alternativ mənbə axtarışına sövq edir:
"Azərbaycan və Aİ uzun zamandan bura əməkdaşlıq etsələr də yaranmış durum Aİ-nı daha çox əməkdaşlığa sövq edir. Bunun üçün də Azərbaycan və Ermənistan arasında yarımçıq qalmış məsələlər həllini tapmalıdır ki, region stabilliyə qovuşsun. Aİ potensial gərginlik ola biləcək regional həm əməkdaşlığa, həm də investisiya qoyuluşuna ehtiyyatla yanaşır. Ona görə də Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdırlar. Avropa Komissiyasının prezidentinin Bakıya səfəri də bu məsələlərin müzakirə olunması ilə əlaqədar.
Azərbaycan da Aİ ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan Mərkəzi Asiya enerji ehtiyyatlarını da Orta dəhlizlə Avropaya ötürülməsi üçün fəaliyyətini artırır. Türkmənistan prezidentinin Azərbaycana son səfərinin də bu məqsədlə etdiyi böyük ehtimaldır".
Süleyman












































