
"İnsan hüquqlarını müdafiə etmək böyük şərəfdir. Bu yol vicdan, məsuliyyət, milli ləyaqət və mənəvi güc tələb edir. Çünki insan hüquqlarının qorunması təkcə fərdin müdafiəsi deyil, həm də cəmiyyətin ədalətə, dövlətin isə hüquqi və mənəvi dayaqlara söykənməsinin göstəricisidir".
Newscenter.az xəbər verir ki, bunları “Caspian Capital Holding”in vitse-prezidenti, Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. O bildirib ki, bizim əsas məqsədimiz Azərbaycan dövlətini, millətimizi, bayrağımızı, gerbimizi və himnimizi hər zaman uca tutmaqdır:
"Azərbaycan Respublikasının adı dünyanın hər bir ölkəsində hörmətlə çəkilməli, müqəddəs dövlətçilik dəyərlərinə sahib, diplomatik baxımdan yüksək nüfuza malik olan güclü və ləyaqətli bir respublika kimi dəyərləndirilməlidir. Dövlətə sədaqət, millətə xidmət və insan ləyaqətinin qorunması mənim üçün eyni amalın ayrılmaz hissələridir".
“Caspian Capital Holding”in vitse-prezidenti təyin olunmasına da diqqət çəkən David Seliverstov, göstərilən yüksək etimada görə şirkətin İdarə Heyətinin sədri cənab Elxan Paşayevə təşəkkürünü ifadə edib:
"Bu etimad mənim üçün böyük məsuliyyət, şərəf və dövlətçiliyimizə, cəmiyyətimizə, iqtisadi inkişafımıza xidmət yolunda yeni bir mərhələdir".
Süleyman












































