
Polis xidməti yalnız forma daşımaq deyil, həm də məsuliyyət, intizam, hüquqa hörmət, vətəndaşa ədalətli münasibət və dövlətə sədaqət deməkdir. Cəmiyyətin etimadını qazanan polis əməkdaşı o şəxsdir ki, qanunun gücünü insan ləyaqətinə hörmətlə birləşdirə bilir.

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. David Seliverstov beynəlxalq hüquq müdafiəçisi olaraq hesab edir ki, hüquqi dövlətin gücü təkcə qanunların mövcudluğunda deyil, həmin qanunların vicdanla, ədalətlə və insan amilinə hörmətlə icra olunmasındadır:
"Bu baxımdan, Azərbaycan polisinin peşəkar, məsuliyyətli və vicdanlı əməkdaşlarının xidməti dövlətçilik və ictimai sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Əsl polis cinayətkara qarşı qanunun sərt üzüdür, vicdanlı vətəndaşa qarşı isə dövlətin dost əli".
David Seliverstov, "Azərbaycan polisinin peşə bayramı münasibətilə bütün vicdanlı, ləyaqətli, qanuna və polis peşə kodeksinə sədaqətlə xidmət edən polis əməkdaşlarını ürəkdən təbrik edirəm.
Başda Azərbaycan Respublikasının daxili işlər naziri olmaqla, Daxili İşlər Nazirliyinin rəhbərliyini, şəxsi heyətini, gündəlik xidmətində dövlətçiliyin, ictimai asayişin, vətəndaş təhlükəsizliyinin və insan hüquqlarının qorunmasını öz vəzifə borcu hesab edən bütün əməkdaşları səmimi şəkildə təbrik edirəm",-deyə vurğulayıb.
Süleyman












































