
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumlarından sonra Polşa ehtiyat tədbiri olaraq döyüş təyyarələrini havaya qaldırdı.
Newscenter.az TASS-a istinadən bildirir ki, rus dronları və raketləri tərəfindən həyata keçirilən hücumlarda ən azı səkkiz nəfər həlak olub, 30 nəfər yaralanıb.
Səlahiyyətlilər hücumlar nəticəsində Kiyevin mərkəzində çoxsaylı yaşayış yerlərinin və bir otelin alovlandığını bildiriblər.
Hücum Ukrayna prezidenti Volodymyr Zelenskinin Rusiyanın genişmiqyaslı gecə hücumu planlaşdırdığı barədə xəbərdarlıq etməsindən bir neçə saat sonra baş verib.
Zelenski bu hadisədən sonra İrlandiyanın AB-yə sədrliyinin başlanğıcı üçün nəzərdə tutulan tədbirlərdə iştirak etmək üçün getdiyi Dublinə səfərini yarımçıq qoyub.
Aygün












































