
"Vaşinqton administrasiyası Panama kanalının Çinin nəzarəti altında qalmasına imkan verməyəcək".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.
"İndi Çin Panama Kanalını nəzarətə götürməyə çalışır. Biz buna imkan verməyəcəyik", - deyə o, Şimali Dakotada çıxışında bildirib.
Tramp dəfələrlə Panama Kanalı üzərində Amerika nəzarətini bərpa etmək niyyətini bildirib. O, Çinin bu strateji su yolundakı kommersiya mövcudluğunu ABŞ-ın təhlükəsizliyi və ticarət maraqlarına təhdid adlandırıb. 1914-cü ildə açılan gəmiçilik kanalı ABŞ tərəfindən tikilib və idarə olunub. 1977-ci ildə Torrijos-Karter Müqaviləsi kanalın 1999-cu ildə tamamlanan mərhələli şəkildə Panamaya köçürülməsini müəyyən edib. Müqavilə kanalın neytral statusunu və qlobal ticarət üçün əlçatanlığını şərtləndirib.
Şeyda












































