Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal maliyyə alətlərinin inkişafı istiqamətində daha bir addım

Rəqəmsal maliyyə alətlərinin inkişafı istiqamətində daha bir addım



"Günümüzdə gənclər müxtəlif ideyalar, biznes layihələri, iqtisadi səmərəsi olan bu və ya digər təşəbbüslərlə çıxış edirlər. Ancaq təəssüflər olsun ki, əksər hallarda həmin təşəbbüslər rellaşa bilmir, nəticə etibarilə tarixin arxivinə qovuşur. Buna isə əsas səbəb həmin ideyaların, təşəbbüslərin reallaşmasına lazım olan vəsaitin əldə edilə bilməməsidir. Bu baxımdan “Kraudfandinq haqqında” qanunun qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanunun icrası böyük perkspektivlər vəd edir".

Bunları Newscenter.az-a iqtisad elmıəri doktoru Arzuman Muradlı deyib. O bildirib ki, sözügedən qanunun qəbulu eyni zamanda ölkədə həm də rəqəmsal maliyyə sisteminin inkişaf etdirilməsi istiqamətində atılan addımdır:

"Azərbaycan iqtisadiyyatında son illər prioritet təşkil edən istiqamətlərdən biri də rəqəmsal maliyyə alətlərinin inkişaf etdirilməsidir. Bu baxımdan Milli Məclisdə müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Qanun eyni zamanda ölkədə alternativ maliyyələşmə mexanizmlərinin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Layihə səhm və borc əsaslı kraudfandinq fəaliyyətinin hüquqi əsaslarını müəyyən etməyi, bu sahədə fəaliyyət göstərəcək platformaların işini tənzimləməyi və investorların hüquqlarını qorumağı nəzərdə tutur".

Arzuman Muradlı onu da qeyd edib ki, "Kraudfandinq" (Crowdfunding) çoxsaylı insanların internet platformaları vasitəsilə müəyyən bir layihəyə və ya biznes ideyasına kiçik məbləğlərlə vəsait yatırmasıdır və dünyada bu model artıq uzun illərdir istifadə edilir:

"Həm də bunun tətbiqi uğurlu olur. Məhz bunun sayəsində minlərlə startap, sosial layihə, texnologiya məhsulu və yaradıcı təşəbbüs maliyyələşdirilib. Hesab edirəm ki, qanunun qəbulu və onun icrası Azərbaycanda da uğurla həyata keçiriləcək. Ən əsası gənclərin müxtəlif biznes layihələrinin həyata keçirməsinə dəstək olacaq".

Süleyman
Xəbəri paylaş