Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Euronews-un xəbərləri qazax dilində də yayımlanacaq

Euronews-un xəbərləri qazax dilində də yayımlanacaq


Euronews kanalı qazax dilində xəbərlər yayımlamağa başlayıb.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bu barədə Euronews-un Direktorlar Şurasının sədri Pedro Varqas David Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə bildirib. Tokayev, Euronews-un hadisələri qərəzsiz şəkildə işıqlandıran və izləyicilərə etibarlı məlumat verən aparıcı qlobal media resursu kimi tanındığını qeyd edib.

Qasım-Jomart Tokayevin sözlərinə görə, 2024-cü ildə Astanada regional ofisinin açılışından bəri kanal getdikcə Qazaxıstan və Orta Asiyanın siyasi, iqtisadi və mədəni həyatı haqqında xəbərlər yayımlamağa başlayıb.

Pedro Varqas David Mərkəzi Asiya xalqları arasında ilk dəfə olaraq qazax dilinin media şəbəkəsinə daxil edildiyini deyib.

Söhbət zamanı regionun qlobal informasiya məkanına daxil olmasına və Qazaxıstanın nailiyyətlərinin beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunmasına imkan verəcək birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib.

Süleyman
Xəbəri paylaş