
Şuşa şəhəri iyulun 13-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasiminə ev sahibliyi edib.
Qeyd etmək istərdim ki, tədbirdə iştirak edən dövlət başçısı moderatorların səsləndirdikləri çoxsaylı sualları cavablandıraraq müxtəlif mövzulara münasibət bildirmişdir.
Ölkə başçısı çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi rolunu vurğulayaraq, bu ildən etibarən Almaniya və Avstriyaya təbii qaz ixracına başlanıldığını diqqətə çatdırdı. Dövlət başçısı, həmçinin regionda nəqliyyat əlaqələrinin inkişafına xidmət edən TRIPP layihəsinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirdi. Çıxışında davamlı sülhün regionun inkişafı üçün əsas şərt olduğunu qeyd edən Prezident İlham Əliyev insan hüquqları məsələlərinə obyektiv və bərabər yanaşmanın vacibliyini də vurğuladı. O, Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü, Çin də daxil olmaqla müxtəlif ölkələrlə iqtisadi və ticari əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırdı. Forum çərçivəsində səsləndirilən bu fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş mövqeyinin və regional əməkdaşlığın inkişafına verdiyi töhfələrin növbəti təsdiqi oldu. Əminik ki, Prezident doğma Partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycan bundan sonra da daha mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edəcək, qlobal dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini daha da möhkəmləndirəcək.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































