
"Bu gün Azərbaycanda "xoşbəxt ailə" anlayışı, "sevgi" deyilən o müqəddəs hiss demək olar ki, muzeylik olub. İnsanların bir-birinə nə hörməti qalıb, nə inamı. İş yerində hamı bir-birinin ayağının altını qazmaqla məşğuldur, evə gəlirlər evdə də eyni ssenari. Nə ər-arvad arasında bir səmimiyyət var, nə də ailədə bir dostluq. Baxırsan ki, hamı kiməsə görə yaşayır: qonşu nə deyər? Toyda-yasda nə fikirləşərlər? Göstəriş, pul, status, "camaatın gözünə kül üfürmək"... Bax, bizim ailələrin bünövrəsi artıq sevgidən yox, bu saxtakarlıqdan yoğrulub".
Newscenter.az xəbər verir ki, bunları Kəmalə Bayramova deyib. Onun sözlərinə görə, bizim cəmiyyət böyük bir teatr səhnəsidir, hamı da anadangəlmə artist:
"Kim daha yaxşı yalan danışırsa, kim ikiüzlülüyü peşəkarcasına bacarırsa, kim quyu qazmaqda ustadırsa, hamı onun qarşısında baş əyir, ona "hörmət" qoyur. Nəbzi tutmağı bacaran, bu günün adamı olanlar at oynadır, düzlər isə kənarda qalır".
Kəmalə Bayramova onu da qeyd edib ki, cəmiyyətdə "kişi" anlayışı vizuallıqdan ibarət qalıb:
"Altında bahalı maşını olan, əyninə şalvar geyinən, evə uşaq gətirən hamı özünü kişi hesab edir. Amma kişilik xarakter məsələsidir, maşın markası yox".
Anar












































