Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin iclası keçirilir

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin iclası keçirilir


Bu gün Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası keçirilir.

Newscenter.az xəbər verir ki, iclasda OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir.

Azərbaycan tərəfi tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə təmsil olunur.

İclasda OPEC-ə üzv ölkələrin və Əməkdaşlıq Xartiyasında iştirak edən dövlətlərin nümayəndələri bir araya gəlib. Görüşdə dəyişən qlobal enerji mənzərəsi fonunda enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunur.

İclas çərçivəsində Texniki Komitənin sədrinin seçilməsi nəzərdə tutulur.

Anar
Xəbəri paylaş