Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət kəsb edir


"Cənab Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistlərin suallarını cavablandırarkən bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə etməsi və Rusiya-Ukrayna müharibəsinin başa çatmasının vacibliyini vurğulaması Azərbaycanın xarici siyasətinin prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Bu açıqlamaların Moskvada müəyyən narahatlıq doğurduğunu gördük. Lakin bu, Azərbaycanın tərəfdaş ölkələrlə münasibətlərinə baxmayaraq, beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq qaldığını göstərir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycan özünün də ərazi bütövlüyü uzun illər pozulmuş bir dövlət kimi, bütün ölkələrin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır:

"Bu baxımdan Prezident İlham Əliyevin çıxışında sülhün və dövlətlərin ərazi bütövlüyünün ön plana çəkilməsi yeni beynəlxalq münasibətlər sistemində mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

Hazırda dünyanın müxtəlif regionlarında bir sıra dövlətlərin ərazi bütövlüyü təhdidlərlə üzləşir. Belə bir şəraitdə beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması qlobal təhlükəsizliyin əsas şərtlərindən biridir. Bu baxımdan Rusiya da Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməli və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə üstünlük verməlidir. Amma, V. Putin beynəlxalq hüququ heçə sayaraq Ukrayna və qonşu ölkələrə qarşı təhdid siyasəti həyata keçirir".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın son illərdə qonşu dövlətlərə münasibətdə həyata keçirdiyi sərt və hərbi yönümlü siyasət beynəlxalq aləmdə geniş tənqid olunur və ölkənin təcridinin dərinləşməsinə səbəb gətirib çıxarır:

"Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin gedişatı göstərir ki, münaqişənin uzanması həm hərbi, həm də siyasi və iqtisadi baxımdan Rusiya üçün ciddi çətinliklər yaradır. Buna görə də davamlı sülhün təmin olunması və beynəlxalq hüququn aliliyinin bərpa edilməsi regionun və ümumilikdə Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

Bu gün qlobal müstəvidə davam edən siyasi böhran yeni siyasi nizamın qurulmasına kimi davam edəcək. Yeni siyasi nizamın isə 2035-ci ilə kimi qurulması davam edəcək".

Süleyman
Xəbəri paylaş