Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Obyektiv informasiya mühiti, beynəlxalq səviyyədə anlaşma

Obyektiv informasiya mühiti, beynəlxalq səviyyədə anlaşma


"Müasir dünyada informasiya cəmiyyətinin formalaşması və qlobal media resurslarının inteqrasiyası fonunda Azərbaycan beynəlxalq media əməkdaşlığında özünü etibarlı və praqmatik bir tərəfdaş kimi təsdiqləmişdir. Ölkəmizin qlobal dialoq platformalarına ev sahibliyi etməsi, beynəlxalq münasibətlər sistemində sülhün və etimadın bərpasına verdiyi önəmin bariz nümunəsidir. Bu baxımdan, iyulun 13-də tarixi Şuşa şəhərində işə başlayan “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusundakı IV Şuşa Qlobal Media Forumu xüsusi çəkiyə malikdir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Tural İsmayılov deyib. O bildirib ki, bu nüfuzlu tədbir dünyanın müxtəlif coğrafiyalarından gələn media mütəxəssislərini, aparıcı jurnalistləri, analitiklərini və rəsmi şəxslərini eyni masa ətrafında birləşdirməyi bacarmışdır:

"Qlobal Media Forumu müasir informasiya məkanında qarşıya çıxan çağırışların fonunda çox mühüm bir missiyanı yerinə yetirir. Saxta xəbərlərin, dezinformasiya kampaniyalarının və manipulyasiyaların geniş vüsət aldığı indiki dövrdə peşəkar jurnalistikanın prinsiplərini qorumaq hər zamankından daha vacibdir. Forum iştirakçılara obyektiv informasiya mühitinin yaradılması, media qurumları arasında birbaşa əlaqələrin qurulması və həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması üçün unikal imkanlar sunur. Bu platforma sadəcə bir müzakirə məkanı deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı anlaşmanı dərinləşdirən mühüm bir institut statusunu qazanmışdır".

Anar
Xəbəri paylaş