
Azərbaycanın təzyiqi səbəbindən İsrail hökuməti tərəfindən iyunun 27-də qəbul edilmiş "erməni soyqırımı"nı tanıyan qətnaməni Knesset (parlament) təsdiq etməmək qərarına gəlib.
Newscenter.az xəbər verir ki, bu barədə " Haaretz" qəzeti İsrail mənbəyinə istinadən məlumat yayıb.
Qəzet öz mənbəsinə istinadən bildirir ki, İsrail hökumətinin ötən ay təsdiqlənmiş "erməni soyqırımı"nı tanımaq qərarı, Baş nazirə qarşı Azərbaycanın təzyiqi səbəbindən Knessetdə səsverməyə çıxarılmayıb. Qəzetin məlumatına görə, Benyamin Netanyahu xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə keçirilən parlament səsverməsini Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ofisinə zəng etməsindən sonra bloklayıb.
Qəzet yazır ki, İsrail hökuməti Azərbaycan tərəfinə "erməni soyqırımı"nın tanınması məsələsinin parlamentin gündəliyindən çıxarıldığını bildirib.
Anar













































