
“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Həqiqətən də Cənab Prezidentin dediyi kimi bu gün Azərbaycan mətbuatı yüksək səviyyəyə çatıb. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı təkcə regional deyil, eyni zamanda qlobal güc olaraq formalaşıb. Təkcə daxili deyil, eyni zamanda regional və qlobal səviyyəli məsələləri bu gün mətbuatımız müzakirəyə çıxarır, bu və ya digər mövzularda beynəlxalq tədbirlərə evsahibliyi edir ki, bu da mətbuatımızın gücünü, nüfuzunu bir daha ortaya qoyur. Ən son Şuşada keçirilən Qlobal Media Forumu da bunun əyani sübutu idi”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Milli Mətbuatın 151 illiyi ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. Millət vəkili bildirib ki, 1875-ci ildə dahi mütəfəkkir, maarifçi ziyalı Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti əsası qoyulan Azərbaycan Milli Mətbuatı şərəfli bir yol keçərək bu günümüzə qədər gəlib çıxıb. Millət vəkili milli mətbuatımızın zaman-zaman təsirlərə, təzyiqlərə məruz qaldığını, uzun illər millilikdən planlı şəkildə uzaqlaşdırıldığını deyib. İlham Məmmədov xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf templəri müşahidə edilməyə başladı:
“1998-ci ildə Ulu Öndərin senzuranı ləğv etməsi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması, Mili Mətbuatın 125 illiyinin qeyd edilməsi barədə prezident sərəncamı dövlətin və onun ali rəhbərinin mətbuata diqqət və qayğısının göstəricisi idi. Ümummilli Liderin “Jurnalistlərin Dostu” seçilməsini şərtləndirən ən başlıca amil də məhz Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında, söz və mətbuat azadlığının qorunmasında göstərdiyi xidmətlər idi”.
İlham Məmmədov deyib ki, mətbuata dövlət qayğısı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin zamanında da davam edib:
“Əgər Heydər Əliyev tərəfindən qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları dondurulmuşdusa, Cənab İlham Əliyev həmin borcları tamamilə ləğv etdi. Bu addım həmin dövrdə çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım idi. Eləcə də sonrakı illərdə bu istiqamətdə imzalanan bir çox fərman və sərəncamlar, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış bunalarının tikilməsi və bu sahədə çalışan şəxslərə pulsuz təqdim olunması, müxtəlif illərdə jurnlistlərə fəxri adların verilməsi, Milli Mətbuatın 150 illik yubiley medalının təsis olunması və s. bütün bunlar Azərbaycan dövləti və onun prezidentinin mətbuata göstərdiyi diqqət və qayğının təcəssümüdür. Azərbaycan mətbuatı da öz növbbsində dövlətin qayğısına adekvat olaraq öz işini daha təkmilləşdirir, dövlət və dövlətçilik maraqlarının yüksək səviyyədə qoruyur, Azərbaycana qarşı yönələn təxribatlara informasiya cəbhəsində layiqli cavab verir. 44 günlük Vətən Müharibəsində biz bunun əyani şahidi olduq”.
Süleyman












































