
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclasda ilk olaraq Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı ilin 6 aylıq fəaliyyəti haqqında məlumat müzakirə edilib. Məlumatda Hesablama Palatasının əsas fəaliyyət istiqamətləri üzrə ilk 6 ayda görülmüş işlər əks olunub.
Sonra Hesablama Palatasının 2026-2030-cu illər üzrə Strateji Planının cari il üzrə ilk 6 ayının icra vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, müvafiq dövr üzrə nəzərdə tutulan fəaliyyətlərin icrası əsasən təmin edilib.
Daha sonra iclasda yenilənmiş nöqsan təsnifatının tətbiqinin cari vəziyyətindən bəhs olunub.
Eyni zamanda, iclasda "2026–2030-cu illər üzrə Azərbaycan Respublikası Hesablama Palatasının Təlim Strategiyası"nın 2026-cı il üzrə Əməliyyat Planının 2026-cı ilin 6 ayı ərzində icra vəziyyəti də müzakirə olunub.
Müzakirələrin sonunda Hesablama Palatasının sədri tərəfindən kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə qurumun strateji sənədlərinin növbəti dövr üzrə nəzərdə tutulmuş fəaliyyətlərinin icrasının vaxtında təmin edilməsi, auditlərin rəsmiləşdirilməsi işinin sürətləndirilməsi, əməkdaşların audit fəaliyyətində rəqəmsal həllərdən istifadəsinin genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Süleyman












































