
“Rusiya Azərbaycanla münasibətlərə yenidən baxmağa məcburdur. Artıq Kremldə anlamağa başlayırlar ki, qonşularla təhdid və ya təzyiq formasında danışmaq, bu cür davranış ortaya qoymaq Moskvanı Cənubi Qafqazdan daha çox uzaqlaşdırır. Ona görə də Rusiya region dövlətləri ilə normal qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə Cənubi Qafqazda müəyyən mənada varlığını qorumağa çalışır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Moskva bununla Bakı ilə körpüləri tamamilə yandırmaq niyyətində olmadığını nümayiş etdirməyə çalışır:
“Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə səsləndirdiyi “Biz münasibətlərimizin dostluq, mehriban qonşuluq ruhunda və 22 fevral 2022-ci ildə Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamədə mütərəqqi inkişafını qeyd etdik” fikirləri də onu deməyə əsas verir ki, Moskva artıq təhdid ssenarinin işə yaramadığı qənaətindədir:
“Dgər tərəfdən Azərbaycanın son illərdə artan beynəlxalq reytinqi, regional və qlobal gücü də Rusiyanın Azərbaycana qarşı münasibətinin normallaşmasında mühüm rol oynayır. Bu gün Azərbaycan öz ərazisindən keçən nəqliyyat-logistika marşrutlarlı, enerji daşıyıcı kəmərləri ilə ciddi maraq kəsb edir. Rusiyanın da öz növbəsində bu cür sərfəli marşrutlardan istifadə etməsi Moskva üçün faydalı olardı. Ona görə də Rusiya indi regionda Azərbaycana daha çox marfaq göstərir”.
Arzuman Muradlı onu da qeyd edib ki, ancaq bütün halda Bakı Moskvanın tarixə dayanan imperiya siyasəti, qonşularına “arxa bağçası” kimi niyyətini də unutmamalıdır:
“İndiki situasiyada Rusiya məcburiyyət qarşısında qalaraq Azərbaycanla yaxınlaşmağa üstünlük versə də, ancaq ümumuilikdə şimalda Azərbaycan kimi güclü, qüdrətli bir dövlətin olmasını heç vaxt istəməzlər”.
Süleyman












































