
Qazaxda iki nəfər göldə batıb.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Didvan gölündə qeydə alınıb.
Belə ki, Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.












































