
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel oktyabrın ortalarında Rusiyaya səfər etməyi planlaşdırır.
Newscenter.az xəbər verir ki, bu iddia ilə "Politico" qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadən çıxış edib.
Nəşr bildirir ki, FTB direktoru Keş Patel bu ilin sonlarında Rusiyaya səfər etməyi nəzərdə tutub. Qəzetin məlumatına görə, səfər 14-15 oktyabr tarixlərində baş tuta bilər. FTB direktorunun Moskva və Sankt-Peterburqda görüşlər keçirəcəyi qeyd edilir. FTB-nin mətbuat xidməti isə hələlik səfər barədə məlumat verməyib.
Anar











































