Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətçilik və milli maraqların etibarlı tribunası

Dövlətçilik və milli maraqların etibarlı tribunası


"22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının keçdiyi zəngin inkişaf yoluna və cəmiyyətin məlumatlandırılmasında göstərdiyi xidmətlərə verilən yüksək dəyərin ifadəsidir. Mətbuat milli maraqların qorunmasında, obyektiv informasiyanın çatdırılmasında və dövlətçilik ənənələrinin təbliğində mühüm rol oynayan əsas ictimai təsisatdır. Ümummilli Lider Heydər Əliyev mətbuatın inkişafını dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab etmiş, söz və fikir azadlığının möhkəmləndirilməsi, peşəkar jurnalistikanın formalaşması üçün ardıcıl addımlar atmışdır.Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki. Ulu Öndərin mətbuata və mətbuat işçilərinə göstərdiyi bu diqqət və qayğı bu gün Prezidentİlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli mətbuatın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir:

"Azərbaycan mətbuatı bu gün də ölkəmizin milli maraqlarının qorunması, həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə media nümayəndələri yüksək peşəkarlıq, cəsarət və vətənpərvərlik nümayiş etdirərək cəbhə bölgəsindən operativ və obyektiv məlumatlar çatdırmış, informasiya cəbhəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində əvəzsiz xidmət göstərmişlər. Bu gün də informasiya müharibəsində jurnalistlər milli maraqların müdafiəsi naminə öz məsuliyyətli fəaliyyətlərini uğurla davam etdirirlər".

Anar
Xəbəri paylaş