Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Prokurorluğun nümayəndəsi BMT-nin işçi qrupunun iclasında iştirak edib

Baş Prokurorluğun nümayəndəsi BMT-nin işçi qrupunun iclasında iştirak edib


Cari ilin 13-14 iyul tarixlərində Vyana şəhərində Mütəşəkkil Cinayətkarlığa qarşı Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə Konvensiyasının Texniki Yardım üzrə Hökumət Ekspertləri İşçi Qrupunun 17-ci sessiyası keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Orxan Səmədov təmsil edib.

İclas zamanı mütəşəkkil dələduzluq cinayətləri və həmin cinayətlərin araşdırması zamanı yarana biləcək çətinliklərə qarşı Konvensiyada nəzərdə tutulmuş mübarizə alətlərinin, habelə, şahidlərin, qurbanların və orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi ilə bağlı İşçi Qrupunun on altıncı iclasından müzakirə olunmamış qalan tövsiyə layihələrinin müzakirələri aparılıb.

Tədbirin yekununda müzakirə edilən məsələlərlə bağlı müvafiq tövsiyələr qəbul edilib.

Anar
Xəbəri paylaş