
Amerikanın Boeing şirkəti 737 təyyarəsinin istehsalına diqqət yetirməyi planlaşdırır.
Newscenter.az bildirir ki, bu barədə baş direktoru Kelli Ortberq Bloomberg-ə verdiyi müsahibədə bildirib. Eyni zamanda o da bildirilib ki, Boeing növbəti onilliyin sonuna qədər yeni nəsil dar gövdəli təyyarənin əvəzedicisini təqdim etməyə bilər.
Ortberqə görə, şirkətə mövcud təyyarələrin istehsalını artırmaq, eləcə də pul vəsaitlərinin axınını yaxşılaşdırmaq və borcların bir hissəsini ödəmək üçün daha bir neçə il lazım olacaq.
Baş direktor əlavə edib ki, müştərilər mövcud məhsulda artan etibarlılıq görmək istəyirlər:
"Yerinə yetirilməmiş çoxlu sifarişlərimiz var".
Bloomberg-in hesabatında qeyd olunur ki, Boeing yeni təyyarənin istehsalına rəqibi Airbus-dan daha mühafizəkar yanaşma tətbiq edir. Avropa təyyarə nəhəngi A320 təyyarəsinin yeni modelinin hazırlanmasına 2030-cu illərin əvvəllərində başlaya biləcəyini açıqlayıb. Airbus daha əvvəl modernləşdirilmiş A320, A320neo təyyarəsinin buraxılışında Boeing-i geridə qoymuşdu və bu da Amerika şirkətini yenilənmiş Boeing 737 MAX təyyarəsini buraxmağa məcbur etmişdi.
Arzu












































