
İran Suriyanı vurdu. Məlumdur ki, İran ordusunda, xüsusilə SEPAH-ın tərkibində İsrail agentləri çoxluq təşkil edir. Ötən müharibədə Türkiyə ərazisinə də zərbə məhz həmin agenturanın təsiri ilə bu ölkəni təxribata çəkmək üçün endirilmişdi. İndi də Tramp bir aydan çoxdur Suriyanı Hizbullahla toqquşdurmaq üçün dəridən qabıqdan çıxırdı. Nəhayət ki, İsrailin İrandakı təsir rıçaqları vasitəsi ilə buna nail oldu. Belə ki, müharibə başlayandan bəri ilk dəfə olaraq İran Suriyaya zərbələr endirmiş oldu. Bu artıq Suriya hökumətinə Hizbullaha qarşı əməliyyatlara qatılmağa əsas verə biləcək.
Qeyd edək ki, ötən gün Suriya ordusu ölkə ərazisindən tranzit keçərək Hizbullaha gedən xeyli silah-sursatı ələ keçirmişdi. İranın zərbələri buna cavab görüntüsü yaratsa da mahiyyəti etibarı ilə özünə qarşı cəbhələri çoxaltmaq və Suriyada sabitliyi pozub işğala zəmin yaratmaq deməkdir ki, bu da təbii ki, İsrail kəşfiyyatının nailiyyətlərindəndir.
Suriya ordusu Hizbullahı tamamilə tükədə bilər. Amma bu uzun zaman ala və bölgəni yeni xaosa sürükləyər. Təbii ki, bu da Türkiyə üçün arzuolunmazdır. Amma bu savaş ABŞ-ın İrana genişmiqyaslı hava hücumu ilə müşaiyət olunduğu təqdirdə effektli ola bilər. Əks halda region İŞİD dövründəki vəziyyətə qayıda bilər. Çünki o bölgədə İŞİD-in də ocaqları hələ qalmaqda, minbit şərait, zəmin gözləməkdədir. O hüceyrələrin oyanması Livan, Suriya ərasilərini qan gölünə döndərə bilər.
İsrailin əsl məqsədi də məhz odur ki, Suriyanı Hizbullahla savaşıdırıb İŞİDİ oyuna qatsın və yaranmış xaotik savaşdan bəhrələnərək həm Livanın həm də Suriyanın yeni ərazilərini işğal etsin. Beləcə İran əvvəllər olduğu kimi yenə də İsrailin əlinə oynayır, onun bütün işğal və soyqırımı aktlarına misli görünməmiş zəmin hazırlayır.
İran rejimi çökdükdən sonra ali dini lider qarışıq rejimin əsas liderlərinin İsrail agenti olması ola bilsin üzə çıxacaq.
Tural İrfan, MCP-nin sədr müavini












































