Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevir bağçalarında uşaqlara istifadəyə yararsız banan verilir-VİDEO

Mingəçevir bağçalarında uşaqlara istifadəyə yararsız banan verilir-VİDEO


Mingəçevir Şəhər 13 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqlara istifadəyə yararsız, çürümüş vəziyyətə düşmüş banan verilir.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı adıçəkilən təhsil müəssisəsinin tərbiyəçisi Sevinc Məmmədova verib. O bildirib ki,

xoşagəlməz hadisə ilə bu gün qarşılaşıb:

"Bu gün səhər növbəsində uşaqlara verilməsi nəzərdə tutulan bananlar qaralmış, iylənmiş və istifadəyə yararsız vəziyyətdə idi. Mən bunu görən kimi tərbiyəçi köməkçisinə həmin bananların uşaqlara verilməməsini tapşırdım. Çünki uşaqların sağlamlığı hər şeydən üstündür".

Sevinc Məmmədova məlum olayla əlaqədar müvafiq qurumlara haqlı suallar da ünvanlayıb:

"Əgər banan xarab vəziyyətdə idisə, niyə ümumiyyətlə müəssisəyə qəbul edilib?. Məhsul qəbul edilərkən keyfiyyətinə kim nəzarət edib?. Menyüdə meyvənin uşaqlara verildiyi qeyd olunursa, amma faktiki olaraq verilməyibsə, bu qeydlərin düzgünlüyünə kim cavabdehdir?. Menyü sənədlərində göstərilən qidalar həqiqətən uşaqlara təqdim olunurmu?. Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinə və sanitariya qaydalarına nəzarət necə həyata keçirilir?".

Sevinc Məmmmədova onu da qeyd edib ki, məqsədi kimisə gözdən salmaq deyil, uşaqların sağlamlığının qorunmasına diqqət çəkməkdir:

"Hesab edirəm ki, bu məsələ obyektiv araşdırılmalı, faktlar yerində yoxlanılmalı və qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Çünki söhbət uşaqların sağlamlığından və onların hüquqlarından gedir".

Süleyman

]
Xəbəri paylaş