
NATO-ya üzv ölkələr barıt istehsalı üçün lazım olan pambıq çatışmazlığı ilə üzləşirlər.
Newscenter.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. Qəzetin yazdığına görə, pambıq toxumlarında olan qısa liflər kimyəvi yolla emal olunaraq piroksilin əmələ gətirir. Bu yüksək dərəcədə alovlanan maddə artilleriya mərmiləri üçün barıt istehsalında istifadə olunur.
Qəzet qeyd edir ki, Amerika Birləşmiş Ştatları əsasən özünü bu məhsulla təmin edir və pambıq istehsal gücünü daha da genişləndirmək istəyir. "The Wall Street Journal" qəzetinin qeyd etdiyi kimi, pambıq becərilməsinin daha az yayıldığı Avropa ölkələri Çindən linterlərə güvənir və hazır pambıq idxal edirdilər. İndi isə Avropa ölkələri öz nitrosellüloza istehsalını artırmaq istəyir və linterlərə mümkün alternativləri araşdırırlar.
Anar











































