Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Messi Argentina millisi ilə yollarını ayırır

Messi Argentina millisi ilə yollarını ayırır



Lionel Messi Argentina lissi ilə yollarını ayırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ulduz futbolçu özü deyib. Məlumata görə, Messi argentinalıların əlavə vaxtda 0-1 hesabı ilə uduzduğu İspaniya ilə Dünya Çempionatının final matçından sonra soyunma otağında çıxış edib.

Qeyd edək ki, 39 yaşlı Messi 2023-cü ildən Şimali Amerika Böyük Liqasının (MLS) İnter Mayami komandasında çıxış edir. Avropada argentinalı futbolçu PSJ və Barselona komandalarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu Dünya Çempionu (2022), Dünya Kubokunun ikincisi (2014, 2026), Olimpiya çempionu (2008) və iki dəfə Copa America qalibidir (2021, 2024). Messi ən çox "Qızıl Top" mükafatına (8) sahibdir.

Arzu
Xəbəri paylaş