Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ruslar daha çox Türkiyəyə səfər etməyə üstünlük verirlər

Ruslar daha çox Türkiyəyə səfər etməyə üstünlük verirlər


Rusların səkkiz faizi 2026-cı ildə xaricə səyahət etməyi planlaşdırır və ən populyar istiqamətlər Türkiyə (20%), Abxaziya (19%), Tayland (13%), Misir (12%) və Çin (9%) təşkil edir.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agnetlik Roskaçestvo araşdırmasına əsasən bildirir ki, son 12 ayda hər on rusdan biri xaricə səyahət edib. Respondentlərin 21%-i tərəfindən ziyarət edilən ən populyar istiqamət Türkiyə olub. Türkiyənin ardınca Abxaziya (16%) gəlir. Digər məşhur xarici istiqamətlər arasında Misir (10%), Belarus (10%) və Çin (9%) yer alır.

Sorğuya görə, rusların 68%-i son 12 ayda Rusiya daxilində səyahət edib. Hesabatda qeyd olunur ki, əvvəlki illə müqayisədə ruslar səyahət etməkdə daha aktiv olublar. Bu müsbət tendensiya Rusiya daxilində səyahətlərlə bağlıdır.

Son 12 ayda daxili turizm üçün ən populyar istiqamətlər Moskva (20%), Soçi və Krasnodar diyarının kurortları (15%), Volqaboyu şəhərləri (14%), Krım (12%) və Sankt-Peterburq (9%) olub.

Rusların ümumilikdə 57%-i 2026-cı ildə Rusiya daxilində səyahət etməyi planlaşdırır.

Qeyd edək ki, sorğuda Rusiya Federasiyasının bütün federal dairələrindən 18 yaşdan yuxarı respondentlər iştirak edib.

Anar
Xəbəri paylaş