
Paytaxtın Yasamal rayonunda “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilib.
Newscenter-az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Yayılan videoda körpənin atası iddia edib ki, həyat yoldaşının təzyiqi qalxıb, amma ona lazımi müdaxilə edilməyib: “İynə vurmadılar, hələ yığılıb ad günü keçirirdilər”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”.
Anar











































